Federasiya prezidenti ilə görüş

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan futzal federasiyasının prezidenti Zaur Axundov dünya çempionatının elit-raund mərhələsi çərçivəsində Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası ilə görüşüb.

Allsport.az xəbər verir ki, qurum rəhbəri futzalçılara qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Millinin baş məşqçisi Vitali Borisov hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib. Görüşdə AFF-nin vitse-prezidenti Elşən Abasov, icraiyyə komitəsinin üzvü Rövşən Mirzəyev də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan – Rumıniya oyunu dekabrın 15-də, saat 20:00-da başlayacaq. Bakı İdman Sarayına təşkil olunacaq görüşə giriş sərbəstdir.

Həmin kateqoriyadan