- Baxış sayı: 68
- 09 İyun 2026 11:25
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Allsport.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov açıqlama verib:
“Dünən günortaya yaxın Niderlanda çatmışıq. Uşaqlar uzun yol qət etdilər. Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi gerçəkləşdirdik.
Rumıniya ilə matçla müqayisədə heyətimizdə 2 dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı.
Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəm. İmkanımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.