Parisin məşhur Qış sirkində meydan hansı güləşçilərimizə veriləcək?

Sabah Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək. Allsport.az saytının məlimatına görə, 10 güləşçinin mübarizə aparacağı qarşılaşmada 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər çıxış edəcəklər.

Yoldaşlıq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır.

Hər üç növdə güləşçilərin iştirak edəcəyi dostluq görüşü 2 ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.

Sərbəst güləş

57 kq: Zöheir əl Ouarraqe – Mahmud Məhəmmədov
74 kq: Luca Lampis – Cəbrayıl Həsənov
86 kq: Əhməd Aybuyev – Həmzət Osmanov

Qadın güləşi

48 kq: Julie Sabatie – Mariya Stadnik
53 kq: Tatyana Debyen – Patimat Baqomedova
55 kq: Aurelie Basset – Alyona Kolesnik
58 kq:  Margot Riviere – Nataliya Snişin

Yunan-Roma güləşi

59 kq: Leo Tudezca – Rövşən Bayramov
66 kq: Stefan Clement – Həsən Əliyev
85 kq: Melonin Noumonvi – İslam Abbasov

Həmin kateqoriyadan