Qadın millimiz 3-cü yoxlama matçında İtaliya voleybolçularına qalib gəlib

Qadın voleybolçuların Avropa çempionatına hazırlığı ölkə xaricində davam etdirən millimiz Milanda növbəti yoxlama matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, Faiq Qarayevin komandası İtaliya millisi yığması ilə 3-cü dəfə qarşılaşıb.

Gərgin mübarizədə oyun 3:2 xeyrimizə bitib (22-25, 22-25, 25-20, 25-22, 15-13). Qızlarımızın yerli voleybolçularla əvvəlki 2 görüşü rəqibin xeyrinə başa çatıb – 3:0 və 3:2.

Həmin kateqoriyadan