Qitə çempionatında uğur qazanan paracüdoçularımız Vətəndə

İtaliyanın Genuya şəhərində Avropa çempionatında çıxışını başa vuran paracüdo millimiz Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 1 qızıl, 4 gümüş və 5 bürünc medal qazanmış, qarışıq komanda yarışlarının qalibi olmuş yığma üzvlərini Heydər Əliyev beynəlxalq hava limanında cüdo federasiyasının və paralimpiya komitəsinin rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, bir qrup azarkeş qarşılayıb.

ACF-in dəstəyi ilə Avropa çempionatında iştirak edən paracüdoçularımızdan Xanım Hüseynova qızıl, İlham Zəkiyev, Bayram Mustafayev, Dürsədəf Kərimova, Sevda Vəliyeva gümüş medal qazanıb. Kənan Abdullaxanlı, Hüseyn Rəhimli, Namiq Abbaslı, Ramil Qasımov və Səbinə Abdullayeva bürünc medala yiyələniblər.

Həmin kateqoriyadan