Rəsul Çunayev: Yarımfinal görüşündə son saniyələrdə səhv etdim

«Bütün Azərbaycan, o cümlədən, özüm də çempionluğu gözləyirdim. Demək, qismət deyilmiş». Allsport.az saytı xəbər verir ki, bunu Rio-2016-nın bürünc medalçısı Rəsul Çunayev dedi (71 kq). İslam oyunlarında bürünc medal qazanan titullu yunan-Roma güləşçisi qeyd etdi ki, öz səhvindən finalı əldən verib:

«İranlı rəqibimlə görüşdə 5:0 öndə idim. Son saniyələrdə səhv etdim. Deyim ki, formada deyildim, xeyr. Yüksək səviyyədə hazırlıq keçmişdik. Sadəcə, fənd edərkən, əks-fəndə düşdüm. Alaha çox şükür, medalsız qalmadım.

Mənim üçün hər mükafatın dəfəri var. Qarşıda dünya çempionatı gəlir. Çalışacağam ki, həmin mötəbər yarışda bu səhvlərə yol verməyim, sonda daha uğurlu nəticə qazanım».

Həmin kateqoriyadan