«Rabitə» və «Lokomotiv»dən asan qələbə

Bu gün qadın voleybolçular arasında Super liqasında 7-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunun ilk matçında 6-qat ölkə çempionu «Rabitə» autsayder «Telekom» qarşılaşıb. Bu görüşdə əlahiddə bir şey baş verməyib və lider rahat qələbə qazanıb – 3:0 (25:20, 25:22, 25:20).

Son görüşdə məğlub olmaqla zirvəni əldən vermiş «Lokomotiv» yarış cədvəlinin sonuncusu «Azərreyl»i sınağa çəkib. Voleybol Mərkəzində baş tutmuş matçda «dəmiryolçular» sevinən tərəf olub – 3:0 (25:19, 25:16, 25:16).

Həmin kateqoriyadan