Sahib Ələkbərov dünya çempionatının keçici bayrağını Belçika nümayəndəsinə təqdim edib

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub. Allsport.az saytı xəbər verir ki, AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib.
 
Mərasimdə Beynəlxalq Velosipedçilər İttifaqının BMX Komissiyasının və İdarə Heyətinin üzvü Artur Lopes də iştirak edib. Qeyd edək ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.

Həmin kateqoriyadan