Yeniyetmə həndbolçularımız ev sahibələrinə uduzublar

Bosniya və Herseqovinanın Tuzla şəhərində yeniyetmə qızların “Challenge Trophy” yarışı başlayıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan millimiz ilk görüşdə meydan sahibələri ilə qarşılaşıb. Komandamız 16:34 hesabı ilə məğlub olub.

Qrupun digər oyununda Lüksemburq həndbolçuları Böyük Britaniya yığmasından üstün olub (28:20). Seçməmiz növbəti matçını “cırtdanlar”a qarşı keçirəcək.

“A” qrupun Belçika komandası Estoniyaya 31:18, Moldova kollektivi Kiprə 30:22 qalib gəlib.

Həmin kateqoriyadan