- Baxış sayı: 40
- 25 Aprel 2025 16:22
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turnirinə start verilib.
Allsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığmasının 3 idmançısı qələbə qazanıb.
57 kq-da çıxış edən Zəlimxan Süleymanov Dövlət Moldaşevlə (Qazaxıstan) qarşılaşıb. Görüş Zəlimxanın 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.
Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə gəlməməsi səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.
Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda O Konnor Darrendən (İrlandiya) güclü olub. Zaur 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Turnirə martın 2-də yekun vurulacaq.