- Baxış sayı: 35
- 08 May 2026 16:55
- Baxış sayı: 82
- May 13, 2026
- 0

Ukraynalı boksçu Vasil Lomaçenko peşəkar karyerasına davam edəcək. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı idmançı növbəti döyüşünü bu payızda keçirmək niyyətindədir. Onun geri dönüşü xəbəri “Top Rank” ilə müqaviləsinin bitməsi ilə üst-üstə düşür.
Peşəkar karyerası ərzində Lomaçenko 21 döyüşdən 18-də qalib gəlib və müxtəlif çəki dərəcələrində VBO, VBA, İBF, VBC və İBO titullarına sahib olub. Həvəskar olaraq Lomaçenko 2 olimpiya və 2 dünya çempionatı qızıl medallarını qazanıb.