18-ci qələbəsini qazanıb

Rusiyalı boksçu Xariton Aqrba, Ufada keçirilən İBA PRO-17 turnirində filippinli Geraldo İntunu məğlub edib. Allsport.az saytı xəbər verir ki, yarımorta çəki dərəcəsində keçirilən döyüş tam 10 raund davam edib və şimallının yekdil qərarla qələbəsi ilə nəticələnib.

Bu qələbə rusiyalı boksçunun karyerasında 18-ci qələbəsi olub və cəmi 1 məğlubiyyəti var. Rəqib 2-ci dəfə uduzub, cəmdə 14 qələbəyə sevinib.

Həmin kateqoriyadan