- Baxış sayı: 39
- 13 May 2026 14:00
- Baxış sayı: 41
- May 13, 2026
- 0

Mayın 13-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Cənub” idman klubunun boks zalı fəaliyyətə başlayıb.
Allsport.az saytı xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, Abşeron rayon icra hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan boks federasiyasının baş katibi Nağı Səfərov və digər şəxslər iştirak ediblər.
Zalın rəhbəri Samir Həsənov nazir’ boks zalında yaradılan şərait və məşq barədə məlumat verib. Fərid Qayıbov zalın fəaliyyəti ilə maraqlanıb, idmançıların məşq prosesini izləyib və onlarla söhbət edib.