- Baxış sayı: 67
- 25 Aprel 2026 14:32
- Baxış sayı: 102
- Aprel 26, 2026
- 0

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə dünya kubokunda final döyüşlərinə start verilib. Allsport.az saytı xəbər verir ki, bizdən ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
75 kq-da Tauan Silva (Braziliya) ilə qarşılaşmada o hər 3 raundu hesabına yazıb (30:27, 30:27, 30:27, 29:28, 30:27).
Gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaqlar. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.