- Baxış sayı: 55
- 24 Aprel 2026 18:19
- Baxış sayı: 153
- Aprel 24, 2026
- 0

Azərbaycan boks federasiyasının ümumi yığıncağı keçirilib. toplantıda gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Allsport.az saytı xəbər verir ki, sonra baş katib Nağı Səfərov 2022–2026-cı illər ərzində görülən işlərə dair hesabatı təqdim edib. Ölkə başçısı İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib.
Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıb. Habelə bir neçə rəsmi yarışlarda yeni rekordlar müəyyənləşdiriblər. Gənc məşqçi və hakimlərin təcrübələrinin artırılması istiqamətində də mühüm addımlar atılıb, Bakı ilə yanaşı, bölgələrdə də boks idman növü üzrə maddi-texniki baza gücləndirilib.
Ardınca növbəti 4 il müddətinə federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan boks federasiyasının prezidenti, Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov idarə heyətinin üzvləri seçiliblər.