- Baxış sayı: 64
- 15 İyun 2025 19:55
- Baxış sayı: 123
- İyun 15, 2025
- 0
Mayın 17-də U-20 gənclər arasında ne-vaza üzrə ACF kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda 34 klub və idman cəmiyyətindən olan 152 cüdoçu (128 oğlan, 24 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.