- Baxış sayı: 39
- 12 Oktyabr 2026 23:38
- Baxış sayı: 30
- Oktyabr 12, 2026
- 0

“Real” (Madrid) klubunun fransalı müdafiəçisi Ferlan Mendi uzun fasilədən sonra məşqlərə başlayıb.
Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçunun bərpa prosesi təxminən 5 ay çəkib.
F.Mendi mayın 3-də İspaniya La liqasında “Espanyol”la matçda sağ budunun vətərini zədələdikdən sonra meydana çıxmayıb. O, zədələndikdən bir həftə sonra əməliyyat olunub.
Müdafiəçinin hələ rəsmi matçlarda iştirak etməyə hazır olmadığı bildirilib.