- Baxış sayı: 39
- 12 Oktyabr 2026 23:38
- Baxış sayı: 29
- Oktyabr 12, 2026
- 0

İngiltərəli futbolçu Billi Şarp karyerasını bitirib.
Allsport.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.
Şarp karyerası ərzində 814 oyunda 299 qol vurub. O, İngiltərə Çempionşipi tarixində 130 qolla bombardirdir. Forvard çempionatda 10 mövsüm “Şeffild Yunayted”də forma geyinib və 359 oyun keçirib.
Şarp İngiltərə liqa-1-də isə “Donkaster”lə tarix yazıb. Forvard 6 mövsüm oynadığı komandada 111 qol vurub və liqanın “qol kralı” statusunu daşıyır.