- Baxış sayı: 45
- 11 Oktyabr 2026 23:13
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

“Qəbələ” premyer liqanın VII turunda səfərdə “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yeton Bekiri bunu deyib:
“Erkən qollar buraxdıq. Nəticənin belə olması çox üzücüdür. Qapımızda erkən qollar gördükdən sonra komandanın toparlanması çətin oldu. Hesab 0:2 olduqdan sonra geridönüş edib qollardan birinin əvəzini çıxdıq. Lakin hesabı bərabərləşdirmək əvəzinə, 3-cü qolu da buraxdıq. Mən əvvəlki oyunlara da baxmışam, onda da çox asan qollar buraxırdıq. Amma bura gəlmişik ki, komandanı düzəldək və harda səhvlərimiz varsa, onları aradan qaldıraq”.