- Baxış sayı: 54
- 12 Oktyabr 2026 20:37
- Baxış sayı: 30
- Oktyabr 12, 2026
- 0

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Allsport.az xəbər verir ki, mundialda 3 güləşçimiz fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) gümüş medal qazanıb.
Dünya çempionatında Azərbaycanı 4 hakim təmsil edib. “I” dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində əsas söz sahibi olub. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox xalçada orta hakim funksiyasını yerinə yetiriblər. Onlar, həmçinin, beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanın nəticələri 2026-cı ilin sonunadək açıqlanacaq.