- Baxış sayı: 50
- 11 Oktyabr 2026 20:52
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında daha bir medal qazanıb.
Allsport.az xəbər verir ki, komandamızın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.
Finalda Ada Eybey (Türkiyə) qalib gəldiyindən Abbasova gümüş medala yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.