- Baxış sayı: 39
- 12 Oktyabr 2026 23:38
- Baxış sayı: 29
- Oktyabr 12, 2026
- 0

“Çelsi” yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib.
Allsport.az xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub.
Palmer 2023-cü ilin sentyabrından “Çelsi”də çıxış edir. 24 yaşlı yarımmüdafiəçi London klubunun heyətində keçirdiyi 138 matçda 58 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
O, “zadəganlar”la UEFA konfrans liqası və klublararası dünya çempionatının qalibi olub.