- Baxış sayı: 54
- 12 Oktyabr 2026 20:37
- Baxış sayı: 29
- Oktyabr 12, 2026
- 0

Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Quba olimpiya idman kompleksində təlim-məşq toplanışına başlayıb.
Allsport.az xəbər verir ki, oktyabrın 11-də startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.
24 oktyabr – 1 noyabr tarixlərində Astanada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan toplanışda taktika və texnikanın təkmilləşdirilməsinə üstünlük veriləcək. Fiziki gücün və dözümlülüyün artırılması üçün məşqlər də proqramda nəzərdə tutulub.
Dünya çempionatının son hazırlıq prosesində baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında aşağıdakı güləşçilər iştirak edir:
57 kq: İslam Bazarqanov, Muhəmməd İsmayılov, Hüseyn Hüseynov
61 kq: Nürəddin Novruzov, Camal Abbasov, Muhəmmədəli Əlizadə
65 kq: Rəşid Babazadə, Əli Rəhimzadə, Ruslan Abdullayev
70 kq: Kənan Heybətov, Zirəddin Bayramov, Hacı Kərimov
74 kq: Turan Bayramov, Murad Yevloyev, Musa Verdiyev
79 kq: Cəbrayıl Hacıyev, Fərid Cabbarov, Sahib Dadaşov
86 kq: Arseniy Djioyev, Muradxan Ömərov, Əşrəf Aşırov
92 kq: Ali Tsokayev, Osman Nurməhəmmədov, Əbubəkr Abakarov
97 kq: Məhəmmədxan Məhəmmədov, Rəvan Musayev
125 kq: Giorgi Meşvildişvili, Yusif Dursunov, Məhəmməd Qantəmirov
Toplanışın keyfiyyətini və sparrinq sayını artırmaq məqsədilə böyük məşqçi Əşrəf Əliyev və məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında U-20 millisinin 12 üzvü də hazırlıq prosesinə cəlb edilib.
Mundialda sərbəst güləş üzrə yarış oktyabrın 29-dan noyabrın 1-dək davam edəcək.