- Baxış sayı: 46
- 11 Oktyabr 2026 23:13
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

“Zirə” klubunun idarə heyətinin sədri, Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov Bişkekdə Qırğızıstanın idman rəsmiləri ilə görüşlər keçirib.
Allsport.az xəbər verir ki, Məmmədov Qırğızıstan futbol ittifaqının vitse-prezidenti Nurdin Bukiyev və dövlət bədən tərbiyəsi və idman agentliyinin direktoru Urmat Asanbayevlə görüşüb.
Görüşlərdə “Zirə” klubu ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.