- Baxış sayı: 50
- 11 Oktyabr 2026 20:52
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında növbəti medalı aktivinə əlavə edib.
Allsport.az xəbər verir ki, yığmamızın heyətində bu dəfə Həsrət Məmmədov (46 kq) fəxri kürsüyə yüksəlib.
Finalda Kristi Kaşu (Rumıniya) qalib gəldiyindən Məmmədov gümüş medala sahib olub.
Bununla da yığmamızın medallarının sayı 6-ya yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Bu gün daha 2 idmançımız final döyüşünə çıxacaq.