- Baxış sayı: 39
- 12 Oktyabr 2026 23:38
- Baxış sayı: 30
- Oktyabr 12, 2026
- 0

Ukraynada premyer liqanın 8-ci turunun bir sıra oyunları keçirilib.
Allsport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “Polesye” ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Dadaşov komandasının 2:1 hesabı ilə öndə olduğu 66-cı dəqiqədə meydana daxil olub.
Hazırda “Bukovina” 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.