AGF-dən ACF-ə təbrik

AGF-dən ACF-ə təbrik

Azərbaycan güləş federasiyası cüdoçuları dünya çempionatındakı tarixi nəticə münasibətilə təbrik edib.

Allsport.az xəbər verir ki, qurum bununla bağlı təbrik mətni yayıb.

Bildirilib ki, oktyabrın 4-dən 11-dək Bakıda keçirilən dünya çempionatında 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan Azərbaycan cüdo federasiyası və cüdo ictimaiyyəti bu əlamətdar nailiyyət münasibətilə təbrik olunub.

Təbrikdə Azərbaycan güləş federasiyasının cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzuladığı qeyd edilib.

Həmin kateqoriyadan