- Baxış sayı: 40
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” iki futbolçu ilə yolları ayırıb.
Allsport.az xəbər verir ki, fələstinli yarımmüdafiəçi Ataa Caber və qapıçı Aqil Məmmədovun başa çatan müqaviləsi yenilənməyib.
2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub. Aqil Məmmədov isə 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.