- Baxış sayı: 68
- 17 Mart 2025 23:28
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Martın 12-də Azərbaycan idman akademiyasının (AİA) rebrendinq tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, Milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, millət vəkilləri, müxtəlif universitetlərin rektorları, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər və digər qonaqların da iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan idman akademiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, akademiyanın yeni rəmzi təqdim olunub və yeni struktur haqda məlumat verilib. Həmçinin bildirilib ki yeni loqo özündə AİA-nın fəaliyyətində yeni yanaşmaları, ali təhsil sistemində müasir tələbləri ehtiva edir. Həmçinin yeni loqonun həm tələbələrə, həm də idmana yönəlik olduğu qeyd edilib.
Tədbirdə akademiyanın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva çıxış ediblər. Son dövrlərdə AİA-da ciddi islahatlar aparılıb. Akademiyada dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq edilir. O cümlədən Böyük Britaniyanın Koventri universiteti və Rusiyanın MGİMO universiteti ilə ikili diplom proqramları həyata keçirilir. Həmçinin AİA-da əcnəbi müəllim heyəti həm tədris prosesinə, həm də idarəetməyə cəlb olunub. Akademiyada idman, pedaqogika, idman tibbi, menecment və jurnalistika sahələri üzrə mütəxəssislər də hazırlanır.