Ötən ayda hansı idman növləri fərqlənib?

Bakı gənclər mərkəzində gənclər və idman naziri Fərid Qayıbov mayda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb. Allsport.az saytı xəbər verir ki, dövlət himni səsləndirilib, ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən görüntü nümayiş olunub.

Azərbaycan himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir idmançıları və onların məşqçilərini təbrik edib.

Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Həmin kateqoriyadan