- Baxış sayı: 74
- 09 İyun 2026 11:47
- Baxış sayı: 43
- İyun 16, 2026
- 0

İyunun 16-da Respublika olimpiya idman liseyinin “Məzun günü” keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı gənclər mərkəzində tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Ardınca Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov, liseyin direktoru Hikmət Babayev, məktəbin yetirməsi, yunan-Roma güləşi üzrə 4-qat dünya və 2-qat Avropa çempionu Eldəniz Əzizli və 11-ci siniflərin müəllimləri çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar da öz növbəsində çıxış edərək, onlara verilən təhsilə və qayğıya görə məktəbin kollektivinə təşəkkür ediblər.
