- Baxış sayı: 43
- 14 Fevral 2025 15:23
- Baxış sayı: 48
- Fevral 14, 2025
- 0
Bakıda keçiriləcək Formula-1 Azərbaycan qran-prisi üçün bilet satışına start verilib. Allsport.az xəbər verir ki, azarkeşlər mövsümün ən həyəcanlı şəhər yarışına biletləri www.azerbaijangp.com rəsmi veb-səhifəsindən əldə edə bilərlər.
Həmçinin “Baku City Circuit” mobil tətbiqi üzərindən 20 faiz güzəştlə bilet almaq mümkündür. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.
Bakı şəhər halqası əməliyyat şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F-1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar.