- Baxış sayı: 42
- 19 İyun 2025 18:23
- Baxış sayı: 65
- İyun 23, 2025
- 0
Beynəlxalq avtomobil federasiyası (FİA) 2026-cı il Formula-1 təqvimini açıqlayıb. Allsport.az xəbər verir ki, 76-cı mövsüm də 24 mərhələdən ibarət olacaq.
Dünya çempionatında ilk mərhələ martın 8-də Avstraliyada, sonuncusu dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə olacaq.
Təqvimdən İmola çıxıb, yerinə Madrid mərhələsi daxil olub.
Azərbaycan qran prisi 25 – 27 sentyabra təsadüf edəcək.