««Bakı»nın meydançalarına təxribat törətmək, əks iş görmək, ölkə idmanına qarşı çıxmaqdır»

««Bakı»nın çətin günündə AFFA ona dəstək olub. Rövnəq Abdullayevə və təşəkkürümü bildirirəm. Elxan Məmmədova da həmçinin. Kommunal xərclərdə müvəqqəti çətinlik yarandıqda, maliyyə ödəmələri olduqda, AFFA bizə arxa durdu». Allsport.az saytı xəbər verir ki, bunu «Bakı» klubunun prezidenti Hafiz Məmmədov dedi. Tanınmış iş adamının sözünə görə, artıq çətin günlər arxada qalıb. Dostlar, həmkarlar dəstəklərini əsirgəmirlər.

Sitat: «Qolf federasiyası ilə «Bakı» klubu arasında gərginlikdən xəbərim yox idi. Bunu mətbuatdan eşitdim. Deyim inanmıram, yalan olar. Mən gələndə, artıq bu məsələ çözülmüşdü. Hər kim qarışıqlıq yaradıbsa, düz etməyib. İcraiyyə Komitəsinin bugünkü iclasında UEFA-dan gələn xanım nümayəndə «Bakı»ya tərif demişdi. O, 2012-ci ildə  Bakıda keçirilən 17 yaşlı qızların dünya çempionatından sonra, Moskvada bir tədbirdə bunu qeyd edib. Həmin yarışın gedişində bizim bazada 2 həftəyə 84 məşq təşkil olunub.

Bəzi bölgələrdə yeni meydança salınanda, bir neçə aydan sonra dağılır. Bizim öt örtüyü yüksək səviyyədə salınıb ki, 5 meydanımız indiyədək əla vəziyyə qalıb. Bu baza ölkə futbolu üçün təlim-məşq məkanıdır. Başqa sözlə, stadionlarımız dövlətimizə xidmət edir. Bu meydançalara təxribat törətmək, əks iş görmək, Azərbaycan idmanına qarşı çıxmaqdır. Məsləhət görərdim ki, bir də belə iş tutmasınlar».

Həmin kateqoriyadan