- Baxış sayı: 41
- 04 Noyabr 2026 17:37
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən 3-cü Avropa oyunlarında kişi badmintonçuların şəxsi yarışında 1/8 finala vəsiqəni təmin edib.
Edi “G” qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. 3 set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanan badmintonçumuz qrupda ardıcıl ikinci qələbəsini qazanaraq son turun nəticəsindən asılı olmayaraq pley-ofa vəsiqəni təmin edib.
Dviçayo qrup mərhələsində son görüşünü sabah Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.