- Baxış sayı: 36
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Çempionşip təmsilçisi “Seltik”dən Arne Engelsi transfer edib.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Vest Hem” transfer üçün 22 milyon funt sterlinq ödəyib. Bu, Çempionşip tarixinin rekord transferidir.
Engels Belçika milli komandasının da üzvüdür.
Klub ötən mövsüm premyer liqanı tərk edib.