- Baxış sayı: 36
- 06 Noyabr 2024 20:55
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Cüdo üzrə qadınlar və kişilər arasında Bakı şəhər çempionatı start götürüb.
Allsport.az xəbər verir ki, cüdo federasiyası (ACF) və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatının ilk yarış günü keçirilib.
Hövsan qəsəbəsi, fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 6 çəkidə 116 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ilk günündə kişilər arasında 60 kq., 73 kq. və 90 kq. çəki dərəcələrində, qadınlar arasında isə 48 kq., 57 kq. və 70 kq. çəki dərəcələrində qaliblər bəlli olub.
İki gün davam edəcək yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 238 cüdoçu medallar uğrunda mübarizə aparır.
Qadınlar
48 kq.
57 kq.
70 kq.
Kişilər
60 kq.
73 kq.
90 kq.