- Baxış sayı: 74
- 08 İyun 2026 08:19
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

19–21 iyunda Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 59 ölkədən 455 idmançı (254 kişi, 201 qadın) tatamiyə çıxacaq.
Kişilərdə baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik 12 nəfərə fürsət verəcək: Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi – 60 kq), Nizami İmranov, Ruslan Paşayev (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zəlim Tçkayev (81 kq), Murad Fətiyev, Aslan Kotsoyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Camal Həmzətxanov və Kənan Nəsibov (+100 kq).
Qadınlarda Əminə Abdüllətif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə ölkəmizi Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq), Mədinə Kaisinova (+78 kq) təmsil edəcəklər.