Gerçək, yoxsa yalan? Müəmmalı duruma – TƏKZİB

İyunun 3-ündə uzun illərdən sonra, 4 ildən bəri ilk dəfə Azərbaycan cüdo federasiyasından Allsport.az portalı ilə birbaşa əlaqə saxlanıldı. KİV-ə məsul əməkdaş zəng vuraraq, 22 may 2026-cı il tarixində yayımlanan “Minskli cüdoçu gerçəkdən azərbaycanlı məşqçi tərəfindən zorlanmışdımı?” başlıqlı yazıya ACF adından etiraz etdi, göstərilən mənbənin süni intellekt məhsulu olduğunu dedi. Chatgpt.com hazırda köməkçi mənbə sayıldığından, narazılığı haqlı sayılaraq mətndə xeyli düzəliş oldu. Zatən, qeyd edildiyi ki, azərbaycanlı məşqçi Natiq Bağırovla 1987-ci il təvəllüdlü cüdoçu Yekaterina Filinoviçarasında idman ictimaiyyətində yayılan münasibətin məhkəmədə sübutu tapılmayıb. Amma qarşı tərəf növbəti dəfə əlaqə saxladı, dəyişikliyin artıq bir mənası olmadığını bildirdi və təkzib istədi.

Azərbaycan cüdo federasiyası tənqidi yazılardan dolayı Allsport.az-ı 4 ildir “qara siyahı”ya daxil etdiyindən, ACF-in rəsmi Feysbuk səhifəsi bəndənizin sosial hesabına kilidləndiyindən, ictimai birliklə əlaqə tam kəsilib və bu üzdən qarşı tərəfin mövqeyini öyrənmək, daxil olan bilgiləri dəqiqləşdirmək mümkünsüz hala gətirilib. Allsport.az – doğru, ədalətli və qərəzsiz şəkildə ictimai əsaslarla ölkə idmanına xidmət edir: o səbəbdən, 22 may 2026-cı il tarixində yayımlanan “Minskli cüdoçu gerçəkdən azərbaycanlı məşqçi tərəfindən zorlanmışdımı?” sərlövhəli yazıya təkzib verir. Yeri gəlmişkən, portalda ön səhifədə ayrıca “cüdo” bölməsi var və daim bu idman növünün xəbərləri yenilənir.

Amma onu da qeyd edək ki, bu günlərdə həmin mövzuda ACF-in hakimlər komitəsinin sədri Natiq Bağırov barəsində ölkə ictimaiyyətində digər söz-söhbət yayılıb. İntihar etdiyi söylənilən ACF-in keçmiş vitse-prezindenti Sadıq Sadıqov ilə hazırda yurd dışında yaşayan ARDNŞ-in keçmiş əməkdaşı Ruslan Cəlilov arasında rabitə əlaqəsi olub. Yayılan görüntüdə onlar Natiq Bağırov bağlı müzakirə aparırlar. ACF-in keçmiş rəsmisi deyib ki, nazirin (rəhmətlik Azad Rəhimovu nəzərdə tutur) tapşırığı əsasında onu qadın millisinə baş məşqçi təyin ediblər.  Günlərin bir günündə qadın komandasının nəzarətçisi Aidə İmaməliyeva (keçmiş ədliyyə işçisi) məşq zalında hazırlıq zamanı onu millinin bir üzvü ilə uyğun olmayan vəziyyətdə görüb və gəlib bunu rəhbərliyə çatdırıb.

Həmin olay müəyyən mülahizəyə yol açıb və Natiq Bağırov tutduğu vəzifəsindən azad olunub. Söhbət zamanı onun adı Acalova soyadlı (Arzu) beynəlxalq dərəcəli qadın hakim ilə də hallanıb. Amma bu da hazırda cüdo ictimaiyyətdə şayiədən başqa bir şey deyil. Yayılan söz-söhbətə görə, cüdo camiyəsində bir neçə şəxs bunun doğru olub-olmamasına yoxlamaq olmaq üçün məsələni hiss etdirmədən təqib edirlər. Başqa bir fərziyyə, həmin məqamla bağlı şikayət yazılarının Sadıq Sadıqovun sənəd arxivində saxlanılması, sonradan bir hissəsinin kimlərəsə ötürülməsi, bir hissəsinin isə təhvil-təslim zamanı yandırılaraq məhv olunub.

Xatırladaq ki, Natiq Bağırov sambo üzrə 3-qat dünya və 5-qat Avropa çempionudur; Belarus millisi ilə cüdoçular arasında 2 dəfə dünya və 2 kərə qitə çempionatlarının bürünc medalçısıdır. Sidney olimpiadası-2000-də azərbaycanlı həmkarı Elçin İsmayılova yenildikdən qısa müddət sonra karyerasını başa vurub. Az.wikipedia.org həmyerlimizi 2002-ci ildə Belarusun cüdo millisinin baş məşqçisi kimi, ru.wikipedia.org isə böyük məşqçisi kimi təqdim edir.

Həmin kateqoriyadan