- Baxış sayı: 38
- 01 İyun 2026 15:42
- Baxış sayı: 42
- İyun 02, 2026
- 0

Azərbaycan cüdo federasiyası tərəfindən hər 2 zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Allsport.az saytı xəbər verir ki, qurğularda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.
2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və bölgələrdə 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.