Daha 2 yarışı ləğv etdi

Koronavirus pandemiyasının Avropa ölkələrinə təsiri nəzərə alınaraq, UEFA-nın bayrağı altında keçirilən bəzi turnirlərlə bağlı icraiyyə komitəsidə qərarlar qəbul olunub. Allsport.az saytı xəbər verir ki, yarışların əsasnaməsi təsdiq üçün, qurumun gələn ildə ilk iclasında təqdim olunacaq:

2020/2021-ci il mövsümü üçün qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər
U-17 (qızlar) – ləğv olunur
U-17 (oğlanlar) – ləğv olunur

U-19 (qızlar)
Seçmə mərhələ oyunları – 2021-ci il, aprel (12 mini-turnir)
Pley-off (14 komanda) – 2021-ci il, iyun
Final mərhələsi (Belarus. 2021-ci il, 21 iyul – 2 avqust)

U-19 (oğlanlar)
Seçmə mərhələ oyunları – 2021-ci il, mart (13 mini-turnir)
Pley-off (14 komanda) – 2021-ci il, may/iyun
Final mərhələsi (Rumıniya. 2021-ci il, 30 iyun – 13 iyul)
U-19 Avropa çempionatı – 2021/23
U-19-lar arasında Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.

Futzal U-19
U-19 Avropa çempionatı 2021/2022-ci il mövsümünə keçirilib.

Həmin kateqoriyadan