- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 118
- Sentyabr 23, 2026
- 0

“Real”ın hücumçusu Kilian Mbappe la liqanın 32-ci turunda “Betis”lə 1-1 hesablı heç-heçə zamanı aldığı zədənin dərəcəsini müəyyən etmək üçün bazar ertəsi tibbi müayinədən keçəcək.
Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu 81-ci dəqiqədə əvəzlənib və meydandan kənarda axsayıb. Sonra onun bud əzələsində ağrılar hiss etdiyi barədə məlumatlar ortaya çıxıb.
Fransa millisinin üzvü bu mövsüm “qalaktikos”da 41 matçda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.