- Baxış sayı: 28
- 15 Fevral 2026 11:28
- Baxış sayı: 266
- Fevral 13, 2026
- 0

Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisinin yubileyi premyer liqanın XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.