Həbib Nurməhəmmədov Con Consu UFC tarixinin ən yaxşı döyüşçüsü adlandırıb

Keçmiş UFC çempionu və şöhrət zalının üzvü Həbib Nurməhəmmədov amerikalı Con Consu təqaüdə çıxması münasibətilə təbrik edib. 

Allsport.az xəbər verir ki, bu barədə dağıstanlı idmançı sosial şəbəkə hesabında yazıb: “Təbrik edirəm, əfsanə! Dost olmasaq da, sən UFC tarixinin ən yaxşısısan. Siz dünyada milyonlarla insanı ruhlandırmısınız və bu idmanda sübut edəcək başqa heç nəyiniz yoxdur”. 

Con Consun 37 yaşı var. Amerikalı UFC-də debütünü 2008-ci ildə edib. Sonradan o, ağır çəkidə (120 kq-a qədər) və iki dəfə yüngül çəkidə (93 kq-a qədər) çempion olub. Ümumilikdə, onun dünyanın ən nüfuzlu təşkilatında 22 qələbəsi və bir məğlubiyyəti var.

Həmin kateqoriyadan