- Baxış sayı: 21
- 16 İyun 2026 19:12
- Baxış sayı: 210
- İyun 15, 2026
- 0

Bakıda təşkil olunacaq UFC turnirinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib. Allsport.az saytı xəbər verir ki, döyüşlərə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildə müşahidə olunur. Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.
UFC turniri iyunun 27-də Milli gimnastika arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. 2-ci əsas döyüş orta çəkidə Şərabuddin Məhəmmədov və braziliyalı Mişel Pereyra arasında olacaq.
Turnir çərçivəsində daha bir azərbaycanlı döyüşçü Fərman Həsənov da oktaqona çıxacaq. O, ABŞ təmsilçisi Erik Nolanla qaşılaşacaq.