“”Qara canavar” evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu əyləncəni qaçırmayın”

İyunun 27-də Milli gimnastika arenasında UFC döyüş gecəsində braziliyalı Mateus Kamilo ilə azərbaycanlı Nazim Sadıxov üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz artıq Bakıdadır. Onu hava limanında azarkeşlər və yaxınları qarşılayıblar. “Qara canavar” ləqəbli idmançı paytaxta qayıtmasından məmnunluğunu ifadə edib:

“Yenidən Bakıda olmaqdan çox xoşbəxtəm və növbəti dəfə tarix yazmağa hazıram. Komanda və tərəf müqabillərim də mənimlə birlikdə gəliblər. Bu həftə hazırlığı yekunlaşdıracağıq, növbəti həftə isə çəki salma mərhələsi başlayacaq. Qarşıda bizi 10-günlük gərgin iş gözləyir və biz bu hazırlığı ən yüksək səviyyədə başa çatdırmaq niyyətindəyik.

Ötən il mənim üçün çox uğurlu keçdi. Lakin bu dəfə daha yaxşı çıxış etmək, hər şeyi daha möhtəşəm və yaddaqalan etmək istəyirəm.

“Qara canavar” evinə qayıdıb! Sizi möhtəşəm bir döyüş gecəsi gözləyir, bu əyləncəni qaçırmayın. Azarkeşlərə yaddaqalan bir performans göstərib, yenidən tarix yazacağam. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm!”

Həmin kateqoriyadan