- Baxış sayı: 84
- 01 İyun 2026 18:03
- Baxış sayı: 42
- İyun 02, 2026
- 0

İyul ayında Azərbaycan növbəti dəfə beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində olacaq. Allsport.az saytı xəbər verir ki, paytaxtımız bilyardın sərbəst piramida növündə nüfuzlu yarışa ev sahibliyi edəcək.
Bakı olimpiya idman kompleksində 5–8 iyulda 40 yaşdan yuxarı idmançılar arasında Avropa kuboku, 8–12 iyulda Avropa çempionatı keçiriləcək.
“Şöhrət üçün tətil edin” (“Strike for Glory!”) şüarı altında baş tutacaq yarışda iştirakçılar Avropa çempionu adı uğrunda mübarizə aparacaq, azarkeşlər isə qitənin ən güclü bilyardçılarının oyunlarını canlı izləmək imkanı əldə edəcəklər.