Kamran HACI
Hafiz Məmmədov nöqtə qoymayınca, bitməyəcək…

Kamran Hacı | kamran-haji@mail.ru

 

Ölkə çempionatının son turunda «Bakı»nın əzəli rəqibi «İnter»ə böyük hesabla uduzması, idman ictimaiyyətində, eləcə də azarkeşlər arasında birmənalı qarşılanmayıb. Bəli, komanda yeni adda fəaliyyətə başladığı dönəmdən bu yana, heç vaxt bu hesabla uduzmayıb. Amma bəllidir ki, burada obyektiv səbəbləri var. Yayda qəfil maliyyə böhranı səbəbindən, kollektiv heyətin 90 faizini itirdi. Mövsümün başlamasına az qalmış «ağ-göylər» yeni quruldu. Buna qədər ölkə mətbuatı «Bakı»nı yüz dəfə dağıdıb-qurdu. Amma komanda premyer liqaya həmişəki kimi adi qaydada başladı. Bir-iki oyundan sonra, onun ətrafında məqsədli yayılmış söz-söhbətə birdəfəlik son qoyuldu.

Mütəxəssislərin rəyinə görə, «zolaqlılar»ın nizama düşməsi üçün ən azı qışadək zaman lazımdır. Üstəlik, klubun prezidenti Hafiz Məmmədov sportinfo.az-a müsahibəsində deyib ki, «Bakı» gələn il əvvəlində güclənəcək və iddiasını yenidən nümayiş etdirəcək.

Nəyə görə «Bakı» barəsində də belə ürək ağrısı yazıram? Çünki bu yeganə paytaxt komandasıdır ki, dünya standartlarına cavab verən bazası var. 2011-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev «Bakı»nın yeni təlim-məşq bazası və Akademiyasının açılışında iştirak etdi. Bu müasir infrastrukturu bəyəndikdən sonra, öz xeyir-duasını verdi – topa ilk zərbəni endirdi.

Ölkə başçımızın hər işdə ayağı yüngüldür. Çox keçməmiş, «Bakı»nın akademiyasında istedadlı futbolçular yetişməyə başladı. Onlardan bəziləri ötən mövsüm əsəs heyətdə oynamaq hüququ qazandılar. Yayda «ağ-göylər»də qeyri-müəəyyənlik baş verərkən, bir neçə perkpektivli yetirməni digər aparıcı klubların «oğurlaması», bu futbolçuların dəyərli olmasından xəbər verir.

Mənə qəribə gələn odur ki, yayda «Bakı»nın dağılmasını arzulayanlarıngerçək  məqsədi nə idi? Nəyə sevinirdilər? Sanballı klubların çox olmadığı bir çempionatda «Bakı»nın da tarixin yaddaşına köçməsindən, tək futbolumuz itirməcəkdi. İdman inkişafına yatırılan  böyük maliyyə təhlükə altına alınacaqdı. Yaxın keçmişi yada salaq: zamanında güclülər dəstəsinin özəyini təşkil edən, Azərbaycan futboluna xoş ovqat bəxş edən, ona töhfə verən «Turan» «Kəpəz» və «Şəmkir» klubları indii birinci divizionda eşələnirlər.

“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” çərçivəsində klubun prezidenti Hafiz Məmmədov futbol strategiyasını ölkə xaricində də davam etdirdi; başlanğıcda, İspaniyanın köklü klublarından olan Madrid «Atletiko»su ilə müqavilə imzalandı. Bu Piriney komandasının futbol maykasının önünə «Land of fire – Azerbaijan» sözü yazıldı. O vaxtı «Odlar yurdu – Azərbaycan»n bizdə ağız büzənlər oldu. «Nəyə lazım buna 20 milyon avro verildi», dəyənlən də tapıldı. Daha anlamadılar ki, qısa zamanda «Land of fire – Azerbaijan» ifadəsi Avropa hüdudlarını aşaraq, okeanın o tayından, konkret olaraq Latın Amerikasında səslənməyə başladı. Yeri gəlmişən, bu günlərdə Daşkənddə güləşçilər arasında keçirilmiş dünya çempionatını işıqlandırarkən, mənimlə həmsöhbət olanlar Azərbaycandan olduğumuzu biləndə, dərhal təbəssümlə “lənd of fayr – odlar yurdu” ifadəsini işlədirdilər. Bir azərbaycanlı kimi bundan çox fərəhlənirdim!

Sonra Hafiz bəy Fransanın “Lans” komandasının himayədarı oldu. Orada yaşayan ermənilər bu anlaşmaya qarşı çıxsalar da, «Feliks Bollar»da Azərbaycan bayrağanı görüb, onun əzəmətindən səslərini kəsdilər. Bildiyimə görə, İngiltərənin ən qocaman klubu sayılan «Şeffild Uensdey»lə anlaşma da uğurla bitməkdədir. Demək, Azərbaycanın mövqeyi Dumanlı Albionda daha möhkəmlənəcək.

Qısası, «Bakı» çempionata başlamaqla canını qurtardı, indi qalır «Lans»da vəziyyətin düzəlməyinə. Bu baş verməyincə, şayiələr bitməyəcək – Fransa klubu yüz dəfə «alınıb-satılacaq». Bəlkə də paxıllıqdan anlamırlar ki, ölkə xaricində baş verən idman uğurlarımız, həm də Azərbaycanın xarici siyasətinin növbəti qələbələrindəndir. Necə ki, bu günlərdə daha bir xoş xəbəri Cenevrədə eşitdik: Avro-2020-nin 4 oyunu Azərbaycanda keçirilməsinə qərar verildi. Bəli, böyük futbol bayramı Xəzər hüdudlarına səmt alır. Buna qədərsə, gələn il Bakıda 1-ci Avropa Oyunlarını keçirməklə, dünyanı bir daha heyrətləndirəcəyik. Sonra hələ şahmat və İslam Olimpiadaları gəlir.

 

 

 

 

Həmin kateqoriyadan