- Baxış sayı: 32
- 06 Avqust 2026 11:51
- Baxış sayı: 170
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın U-16 komandasının futbolçusu Nihat İsgəndərov Almaniyaya yollanıb.
Allsport.az xəbər verir ki, gənc oyunçu “Hannover” klubunun dəvəti ilə bu ölkəyə yollanıb. O, hazırda bu klubun düşərgəsindədir.
Nihat Almaniya təmsilçisində baxışdadır. O, mayın sonunadək bu komandanın heyətində məşq edəcək.
Gənc futbolçu bir müddət əvvəl “Qalatasaray” Futbol Akademiyasında da baxışda olub.