- Baxış sayı: 33
- 20 Sentyabr 2026 13:22
- Baxış sayı: 172
- Sentyabr 17, 2026
- 0

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Karlos Jatoba ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi artıq 3 gündür komandanın düşərgəsindədir. O, “qırmızı-ağlar”ı seçmə səbəbini belə izah edib:
“İstənilən futbolçu yeni çağırışlara hər zaman hazır olmalıdır. Təklif alanda qısa araşdırma apardım, komanda maraq yaratdı. Planlarla tanış oldum, klubun böyümək istiqamətində çalışdığını gördüm. İddialı olmasını bəyəndim”.